Bu gün 28 saylı Sabunçu üçüncü seçki dairəsinin Nardaran, Maştağa, Bigəh və Zabrat yaşayış məntəqələrində 2500-dən çox aztəminatlı ailələrə Qurban bayramı münüsibətilə dövlət başçısı adından Qurban payları verilib.
28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputat Eldar Quliyevin ofisindən Modern.az-a verilən məlumata görə, Bakı kəndlərinin sakinləri diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Onlar hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşdiklərini qeyd edərək, məhz bu birliklə ölkəmizin bütün problemlərinin həll ediləcəyinə əminliklərini deyiblər.
Bakı kəndlərinin sakinləri həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hər zaman insanların yanında olduğunu, ölkəmizdə bütün sosialyönlü məsələlərə dəstək verdiyini vurğulayaraq Bayram təbriklərini çatdırıblar.