Modern.az

Bakı Meriyası sakinlərə müraciət etdi: sabah küçəyə çıxmayın!

Bakı Meriyası sakinlərə müraciət etdi: sabah küçəyə çıxmayın!

Aktual

31 İyul 2020, 12:31

Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Modern.az-a Bakı Meriyasından məlumat verilib. Avqust ayının 1-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

 

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...