Modern.az

Bakıda həyətində heyvan kəsən şəxs saxlanıldı

Bakıda həyətində heyvan kəsən şəxs saxlanıldı

Aktual

31 İyul 2020, 14:52

Bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoymadan gizli fəaliyyət göstərən ət kəsimi məntəqələrinin aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı Əli Nəzmi küçəsində yaşayan Şəmkir Həsənovun həyətində qeyri-qanuni heyvan kəsimi həyata keçirdiyi məlum olub. Həmin şəxs və onunla birgə bu fəaliyyətlə məşğul olan daha bir nəfər saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.

Şəmkir Həsənov və onunla birgə saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.

 

Daxili işlər Nazirliyi bir daha xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsini vətəndaşlardan tələb edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada