Modern.az

Lənətlənmiş şəhərin lənət qoxulu cinayətləri...

Lənətlənmiş şəhərin lənət qoxulu cinayətləri...

Aktual

31 İyul 2020, 15:33

Sankt-Peterburqda dəhşətli olay baş verib. Reper Endi Katraytın (əsl adı Aleksandr Yuşkodur) bədəni həyat yoldaşı Marina Koxal tərəfindən dörd yerə bölünüb və soyuducuya qoyulub. Ərinin şaqqalanmasında Marinaya öz anası kömək edib. Bu dəhşətli hadisə iki yaş yarımlıq uşağın gözləri önündə baş verib.

Həqiqətən ağlasığmaz bir cinayət hadisəsidir. Dindirilmə zamanı Marina ərinin narkotikdən öldüyünü bildirib. Məşhur bir şəxs olduğuna görə o, reperin ölüm xəbərini bu ad altında cəmiyyətə çatdırmaqdan guya utanıbmış (?!) Həmin səbəbdən ərini doğrayıb, hissələrə böldükdən sonra onun tikələrini yoxa çıxarmaq istəyibmiş. Bundan sonra isə reperin itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindəymiş...

Həqiqətən qan donduran bir cinayət əməlidir. Ümumiyyətlə, Sankt-Peterburq şəhərində vaxtaşırı buna bənzər dəhşətli cinayət əməlləri baş verir. Və son hadisə müəyyən düşüncə və fikirlərə yol açır. Niyə bu şəhərdə belə hadisələr baş verir. Ekspertlərdən birinin sözlərinə görə, bu sözügedən şəhərin insan sümükləri üzərində inşasından irəli gələ bilər. Yəni, bir növ lənətlənmiş bir yer kimidir Sankt-Peterburq. Tarixdən də məlumdur ki, I Pyotr bu şəhəri bataqlıq bir ərazidə salıb. Onun tikintisinə on minlərlə insan cəlb edilib. Xəstəlik və ağır işlərdən minlərlə adam məhv olub. Onların meyitləri elə öldükləri yerdə qalıb, üzərində isə binalar tikilib, yollar salınıb. Belə götürdükdə, sözügedən ekspertin söylədiklərində bir həqiqət də var.
Rusiya prezidenti Vladimir Putin də həmin şəhərdə doğulub, boya-başa çatıb. Onun bəzi hərəkətləri, amansızlığı, bir çox şəxsiyyətlərə, eləcə də bir sıra dövlətlərə qarşı kin-küdurəti aşıb-daşır. Məkrli planları heyrət doğurur.
Əcaba, bu kimi hallar onun lənətlənmiş şəhərdən olması ilə bağlı ola bilməzmi?
Hər halda düşünməyə dəyər...

Hacı Rafiq

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada