Modern.az

“Mercedes”lə traktor toqquşdu - Ölən və xəsarət alan var

“Mercedes”lə traktor toqquşdu - Ölən və xəsarət alan var

Aktual

31 İyul 2020, 21:14

Cəlilabadda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, Cəlilabad rayon sakini Əliyev Mehti Xasay oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olan zaman qarşı tərəfdən hərəkət edən traktorla toqquşub.

 

Qəza zamanı "Mercedes"in sürücüsü M.Əliyev hadisə yerində ölüb.

 

Sərnişini - Allahverdiyev Asim Ramiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada