Modern.az

Azərbaycan 600-dən çox rusiyalını vətəninə yola saldı

Azərbaycan 600-dən çox rusiyalını vətəninə yola saldı

Aktual

31 İyul 2020, 21:58

Azərbaycan Rusiya vətəndaşlarının vətənlərinə geri dönməsi istiqamətində növbəti addımı atıb.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, 600-dən çox Rusiya vətəndaşı cümə axşamı “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisindən vətənlərinə dönüb.

 

Dağıstan Respublikasının milli siyasət və dini işlər üzrə naziri Enrik Muslimov da faktı təsdiq edib. Onun sözlərinə görə, 648 Rusiya vətəndaşı Azərbaycandan vətənə qayıdıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...