Modern.az

Regionda yaşayan 102 ailəyə ərzaq yardımı verilib

Regionda yaşayan 102 ailəyə ərzaq yardımı verilib

Aktual

17 Avqust 2020, 23:45

Regionda yaşayan 102 imkansız ailəyə ərzaq yardımı verilib.

Bu barədə Modern.az-a məlumat verən Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli dildirib ki, COVİD-19 pandemiyasının yaratdığı mənfi təsirlər həm də vətəndaşların maddi imkanlarının məhdudlaşmasına gətirib çıxarıb: “Ərzaq yardımı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  icra olunan “Regionlarda aztəminatlı ailələrə   birdəfəlik ərzaq yardımının təşkili” layihəsi çərçivəsində həyata keçirilib.  Layihə İmişli rayonunun Kürdmahmudlu, Hacalmuradlı, Soltanmuradlı, Hacırüstəmli və Mürsəlli kəndlərini əhatə edib. Nəzərdə tutulan bölgədə, ümumilikdə 102 aztəminatlı ailəyə birdəfəlik ərzaq yardımı edilib. Ailələr öncədən müvafiq kəndlərdə təşkilatın könüllüləri tərəfindən seçilib. Seçim zamanı Qarabağ müharibəsində şəhidi olan, müharibə zamanı əllilik almış ailələrə üstünlük verilib. Eyni zamanda tənha yaşayan və işsiz olan çoxuşaqlı ailələr ərzaq yardımı ilə təmin olunub”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada