Modern.az

AXCP fəalı azadlığa çıxdı

AXCP fəalı azadlığa çıxdı

Aktual

18 Avqust 2020, 08:50

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədli azadlığa çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun atası məlumat verib.

 

F.Əhmədlinin cəza müddəti bitib və o, azadlığa buraxılıb.

 

Qeyd edək ki, F.Əhmədli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

O, Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada