Modern.az

Binəqədidə monitorinqlər davam edir - FOTO

Binəqədidə monitorinqlər davam edir - FOTO

Aktual

18 Avqust 2020, 09:16

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Rayon Polsi İdarəsinin və mobil qrup üzvlərinin iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ticarət obyektlərində monitorinqlər davam etdirilir. 

 

Modern.az xəbər verir ki, reydlər zamanı rayon ərazisindəki supermarketlərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

 

Sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin vacibliyi barədə vətəndaşlara tövsiyələr verilmiş, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq edilmişdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada