Modern.az

Putin və Merkel Lukaşenkoya görə zəngləşdilər

Putin və Merkel Lukaşenkoya görə zəngləşdilər

Aktual

18 Avqust 2020, 15:00

Almaniyaniya Kansleri Anqela Merkel və Rusiya Prezidenti Vladimir Putin arasında Belarusdakı hadisələri müzakirə etmək üçün avqustun 18-də telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə AFR-nın hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

“Kansler Anqela Merkel bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları aparıb. Avqustun 9-da keçirilən prezident seçkilərindən sonra Belarusda yaranmış vəziyyət müzakirə olunub. Kansler Belarus hökumətinin dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etməməli, siyasi məhbusları dərhal azad etməli və müxalifətlə ümummilli danışıqlara başlamalıdır”, - deyə məlumatda bildirilir.

 

V.Putin isə söhbət zamanı Belarusun daxili işlərinə xarici müdaxilələrin yolverilməz olduğunu bildirib.

 

Qeyd edək ki, Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko kütləvi etirazlar fonunda iki dəfə telefonla danışıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada