Modern.az

Binəqədidə reydlər davam edir - FOTO

Binəqədidə reydlər davam edir - FOTO

Aktual

18 Avqust 2020, 16:34

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə, Respublikada elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət və əhalinin maarifləndirilməsi məqsədilə Binəqədi rayonunda yaradılmış könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən reydlər keçirilib.

 

Modern.az xəbər verir ki, rayonun müxtəlif ərazilərində, küçə və prospektlərdə, məhəllələrdə, yaşayış massivlərində, eləcə də ticarət və ictimai iaşə obyektlərində və digər yerlərdə keçirilən reydlər zamanı vətəndaşlarla söhbətlər aparılmış, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunmuş, sərtləşdirilmiş xüsusi karantin dövründə ehtiyac olmadıqda evdən çıxmamaları, çıxdıqları halda isə mütləq şəkildə tibbi maskadan istifadə etmələri, sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıqlar olunmuş, koronavirus (COVİD-19) infeksiyasından qorunma yolları barədə məlumat verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada