Modern.az

Məktəbəhazırlıq qruplarına qəbul zamanı bu uşaqlara üstünlük veriləcək

Məktəbəhazırlıq qruplarına qəbul zamanı bu uşaqlara üstünlük veriləcək

Aktual

18 Avqust 2020, 16:50

Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulunun hansı prioritetlər nəzərə alınmaqla aparıldığı açıqlanıb. 

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:

 

- Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar; 

- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər; 

- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar. 

 

Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda isə 

 

- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər; 

- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada