Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 22 milyon nəfəri ötüb.
Modern.az bildirir ki, məlumatı pandemiyanın statistikasını aparan “Worldometers” saytı yayıb.
Bildirilir ki, avqustun 17-də dünyada koronavirusa 198 min 535 nəfər yoluxub, 4 min 289 nəfər isə dünyasını dəyişib.
Saytın məlumatına əsasən, hazırda dünyada koronavirus infeksiyasına yoluxanların sayı 22 milyon 102 min 713 nəfərə, ölənlərin sayı isə 778 min 369 nəfərə çatıb. Eyni zamanda, 14 milyon 840 min 714 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 483 min 630 xəstədən 62 min 196 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşıb. Üçüncü yeri isə Cənub-Qərbi Asiya regionu tutur.
Virtualaz.org