Modern.az

Qəza enişi edən təyyarəni maşın vurdu

Qəza enişi edən təyyarəni maşın vurdu

Aktual

18 Avqust 2020, 21:25

İzdihamlı yolda qəza enişi edən təyyarəni maşın vurub.

Modern.az xəbər verir ki, hadisə ilə bağlı görüntüləri “Fox News” telekanalı yayımlayıb.

Məlumata görə, hadisə ABŞ-ın İllinoys ştatının Rokford şəhərində baş verib. 79 yaşlı pilot Ceyms Sibelin sözlərinə görə, təyyarə havaya qalxdıqdan beş dəqiqə sonra mühərrik sönüb.


O, hava gəmisinin idarəetməsini itirib və təyyarə izdihamlı yola eniş edib. Həmin vaxt “Chevrolet Impala” markalı maşının sürücüsü gözlənilməz hadisəyə vaxtında reaksiya verə bilməyib və avtomobil laynerin qanadına çıxıb.

Qəza nəticəsində sürücü yüngül travmalarla xəstəxanaya yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada