Modern.az

“Qarabağ” böyük klubdur, biz balaca komandayıq” - Rəqib Baş məşqçi

“Qarabağ” böyük klubdur, biz balaca komandayıq” - Rəqib Baş məşqçi

Aktual

18 Avqust 2020, 22:21

“Zənnimcə, yaxşı oyuna başladıq. “Qarabağ” çox güclü komandadır”.

Modern.az xəbər verir ki, bunu “Sileks”in baş məşqçisi Qoran Simov Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la keçirilən oyun barədə fikirlərini bildirərkən deyib.

Bakıdakı görüşdə 0:4 hesabı ilə məğlub olan Şimali Makedoniya təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək.

Qonaqların çalışdırıcısı matçdan sonrakı mətbuat konfransında fikirlərini bu sözlərlə davam etdirib: “Pis oynadığımızı düşünmürəm. Cəsarətli, ağıllı oynamağa çalışdıq. 2-3 şansımız oldu. “Qarabağ” elə komandadır ki, bir balaca boş sahə versən, asanlıqla istifadə edir. Məmnun olmadığım məqam hesabın böyük olmasıdır. Hakimlikdən də narazı qaldığımızı deməliyəm. “Qarabağ”ı qrup mərhələsində görmək istərdim”.

- Hakimlikdən narazılığınız nədən irəli gəldi?


- Narazılığım ikinci qolla bağlı idi. Epizod gözümün qarşısında oldu. Oyunçu yerdə olsa da, top əlinə dəydi. Həmçinin qapıçımız da cərimə meydanına ötürmə zamanı qaydanın pozulduğunu dedi.

- Dünən bildirdiniz ki, 40 il siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşayaq. Bu gün meydanda şirləri gördünüz?


- Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Bəzi anlarda rəqibə cərimə meydanına girmək imkanı vermədik. “Qarabağ” böyük klubdur, biz isə balaca komandayıq. Bu oyunu cəsarət və irəli atılmış addım kimi sayıram.

- Meydanda öncədən gözlədiyiniz “Qarabağ”ı gördünüz?


- İzlədiyim oyunlarla müqayisədə əvvəlki “Qarabağ”ı görmədim. Xüsusən də, Abdullah Zubir olduqca texnikalı futbolçudur. Ancaq bu gün həmin oyununu göstərmədi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...