Modern.az

DİM qəbul imtahanlarındakı test tapşırıqlarının izahını AÇIQLADI

DİM qəbul imtahanlarındakı test tapşırıqlarının izahını AÇIQLADI

Aktual

19 Avqust 2020, 10:40

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 13-14 avqust tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a bildirilib ki, aituriyentlər,  həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

 

mtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada