Modern.az

Evdə odlu silah gizlədən şəxs saxlanıldı

Evdə odlu silah gizlədən şəxs saxlanıldı

Aktual

19 Avqust 2020, 15:16

Sabunçu Rayon Polis İdarəsinin 14 və 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən xəbərə görə,  daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş  Maştağa qəsəbəsi sakini Murad Əliyev tutulub.

 

Onun yaşadığı evə baxış zamanı 1 ədəd lüləyi kəsilmiş ov tüfəngi və 6 ədəd patron aşkar olunaraq götürülüb. 

 

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada