Modern.az

Kəramətlə birgə tutulan Murad Köhnəqala və dostu buraxıldı

Kəramətlə birgə tutulan Murad Köhnəqala və dostu buraxıldı

Aktual

19 Avqust 2020, 17:06

“Murad Köhnəqala ilə məni buraxdılar, Kəramət Böyükçöl Polis şöbəsində qaldı”.

Modern.az xəbər verir ki, bunu tanınmış yazar Kəramət Böyükçöllə onun kirayədə yaşadığı mənzildə saxlanılan Ramil Zeynalov deyib.

O bildirib ki, Murad Köhnəqala da daxil olmaqla üçü də gecəni bir yerdə - 28-ci Polis bölməsində qalıblar.

“Sizi niyə saxlamışdılar” sulaına cavabında Ramil Zeynalov “yəqin ki Kəramətin Facebook-da açdığı canlı yayıma görə” deyib.

Avqustun 18-də gənc yazar Kəramət Böyükçöl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada Kəramət Böyükçölün qonşularının və kirayədə qaldığı mənzilin sahibinin şikayətləri əsasında saxlanıldığını bildirib.

"Onun kirayədə yaşadığı binanın sakinləri və mənzilin sahibi ərazi üzrə Polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər".

 

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada