Modern.az

Eyni sinifdə oxuyan uşaqlar dərsə fərqli günlərdə gedə bilərlər

Eyni sinifdə oxuyan uşaqlar dərsə fərqli günlərdə gedə bilərlər

Aktual

27 Avqust 2020, 18:34

"Valideynlər övladlarının həftənin hansı günündə dərsə gələcəyini məktəbdən öyrənəcəklər".

 

Modern.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, tədris planları hazırlanaraq məktəbə göndəriləcək:

 

"Ola bilər ki, eyni sinifdə oxuyan şagirdlər dərsə həftənin müxtəlif günlərində gedə bilərlər. Sentyabrın 8-dən sonra məktəbə müraciət etməklə bu tarixi öyrənmək olar".

 

Nazir əlavə edib ki, məktəblərin açılması və açıldıqdan sonrakı davranışlara aid metodik göstəricilərin yaxın günlərdə təsdiqlənərək ictimaiyyətə açıqlanması gözlənilir.

Sizə yeni x var
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri