Modern.az

Qarətçilər milyonlarla avro pulu oğurladı

Qarətçilər milyonlarla avro pulu oğurladı

Aktual

28 Avqust 2020, 18:46

Fransanın Lion şəhərində naməlum şəxslər inkassator maşınından milyonlarla avro məbləğ oğurlayıb.

 

Modern.az-ın məlumatından görə, hücum maşının Fransa bankının binasından çıxmasından sonra baş verib.

İki mikroavtobusla inkassator maşınının qarşısını kəsən şəxslər pulları götürəndən sonra maşını yandırıb. İnkassatorlar hadisə zamanı xəsarət almayıb.

Hadisə yerindən uzaqlaşan qarətçilərin avtomobili Lionun cənubunda yanmış vəziyyətdə tapılıb.

Oğurlanan pulun dəqiq məbləği açıqlanmayıb.

 

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV