Modern.az

Gəncədə professor qətlə yetirilib

Gəncədə professor qətlə yetirilib

Aktual

29 Avqust 2020, 01:06

Gəncədə qətl hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.

Sözügedən küçədə yaşayan orta yaşlı kişi evdə bıçaqla qətlə yetrilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin professorudur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!