Modern.az

"Qarabağ" daha bir futbolçu transfer edib

Aktual

29 Avqust 2020, 15:16

"Qarabağ" yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

 

Modern.az-ın məlumatına görə, Ağdam təmsilçisi uzun müddət davam edən danışıqlar nəticəsində Bolqarıstanın "Çeno More" klubunda forma geyinən Patrik Andradeni transfer edib. Yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.

 

27 yaşlı futbolçu Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros” klublarında da oynayıb.

Qeyd edək ki, "Qarabağ" yay fasiləsində Donald Gerye, Emil Balayev, Kevin Medina, Uroş Matiçi heyətinə cəlb edib.

 

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV