Modern.az

Tərtərdə avtomobillə vurulan piyada ölüb

Tərtərdə avtomobillə vurulan piyada ölüb

Aktual

29 Avqust 2020, 17:02

Tərtər şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Modern.Az-a bildirilib ki, avqustun 28-də saat 21 radələrində Tərtər şəhəri ərazisində Kəlbəcər rayon sakini D.Ələkbərov “VAZ-2106” markalı avtomobili idarə edərkən yolu keçən şəhər sakini Urqiyyə Şükürovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!