Modern.az

Azərbaycanla BMT arasında əlaqələr müzakirə edildi

Azərbaycanla BMT arasında əlaqələr müzakirə edildi

Aktual

9 Sentyabr 2020, 20:46

Bu gün Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

Modern.az xəbər verir ki, tərəflər BMT və Azərbaycan arasında qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunan xüsusi sessiyasının çağırılması təşəbbüsünün yüksək qiymətləndirildiyi vurğulanıb. Hazırda xüsusi sessiyanın yüksək səviyyəli iclasının format və modallıqları üzrə konkret müzakirələrin getdiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələri tərəfindən iki ölkənin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən son təxribat, Ermənistanın öncədən planlaşdırdığı bu hərbi təxribatla güddüyü məqsədləri, eləcə də Azərbaycan tərəfindən bu məsələnin beynəlxalq təşkilatlar çərçivəsində qaldırılması, o cümlədən BMT Baş katibinə məktubun ünvanlanmasından bəhs edib.

Rezident əlaqələndirici Qulam İsakzai iki ölkə sərhədində baş vermiş son insident ilə bağlı BMT Baş katibinin açıqlamasına istinad edib, BMT rəhbərinin bu xüsusda fəal rolunu qeyd edib və BMT-nin münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib.

Görüşdə, habelə cari ildə BMT-nin 75 illiyi ilə əlaqədar birgə tədbirlərin həyata keçirilməsi təşəbbüsləri müzakirə olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV