Modern.az

Türkiyə Orta Dəhlizi prioritet sayır - Hakan Fidan

Türkiyə Orta Dəhlizi prioritet sayır - Hakan Fidan

Dünya

Bu gün, 17:17

Türkiyə Orta Dəhlizin inkişafına xüsusi əhəmiyyət verir.

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazdan keçən Orta Dəhliz regionu Türkiyə ərazisi ilə birləşdirərək beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edir.

Fidan qeyd edib ki, nəqliyyat marşrutlarının şaxələndirilməsi bazarlara çıxış imkanlarının artırılması və qlobal təchizat zəncirlərinin gücləndirilməsi baxımından strateji zərurətdir.

Nazir Türkiyənin coğrafi mövqeyini yalnız qitələri birləşdirən imkan kimi deyil, həm də strateji məsuliyyət kimi qiymətləndirdiyini vurğulayıb. O, bu istiqamətdə infrastrukturun inkişafı, diplomatik əməkdaşlıq və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edib.

Fidan, həmçinin İraq və Türkiyə üzərindən Fars körfəzini Avropa ilə birləşdirəcək marşrutun perspektivindən danışıb. Bildirib ki, Ankara enerji marşrutlarını və təchizat mənbələrini də şaxələndirməyə çalışır.

Bu cür layihələrin regional əlaqələrin genişlənməsinə, iqtisadi və siyasi əməkdaşlığın güclənməsinə töhfə verəcəyi gözlənilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?