Modern.az

AMEA-nın xərcləri kəskin şəkildə azaldıldı

AMEA-nın xərcləri kəskin şəkildə azaldıldı

Aktual

9 Sentyabr 2020, 21:41

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulan göstəriciləri bir sıra xərc maddələri üzrə 3 310 190 manat azaldılıb.

Modern.az xəbər verir ki, azaldılma Maliyyə Nazirliyinin "Büdcə sistemi haqqında" qanunun 17-ci maddəsinə müvafiq olaraq yenidən baxılmış 2020-ci il büdcə göstəricilərinin təqdim edilməsi barədə" AMEA-ya ünvanladığı məktubuna əsasən həyata keçirilib.

Bununla da AMEA-nın dövlət büdcəsindən maliyyələşən elmi müəssisə və təşkilatlarının rəhbərlərinə tapşırılıb ki, müəssisə və təşkilatların 2020-ci il üçün nəzərdə tutulmuş xərclər smetasının icrasında bir sıra xərc maddələri üzrə azalmalar nəzərə alınsın.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV