Somalinin paytaxtı Moqadişuda prezident sarayı yaxınlığında kamikadzenin özünü partlatması nəticəsində azı üç nəfər ölüb, daha yeddi nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Somalinin “Shabelle” radiostansiyası məlumat yayıb.
Partlayış insanların paytaxt restoranına keçdiyi nəzarət məntəqəsində baş verib. Məlumata görə, burada bir sıra bahalı mağazalar da var.