Modern.az

Sabiq deputatın şirkəti fəaliyyətini dayandırır 

Sabiq deputatın şirkəti fəaliyyətini dayandırır 

Aktual

10 Sentyabr 2020, 10:02

II çağırış Milli Məclisin deputatı olmuş Elton Məmmədovun (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC fəaliyyətinə xitam verir.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində qeyd edilib 

 

Məlumata görə, buna səbəb şirkətin "Top Properties” MMC-yə qoşulmasıdır. Bununla əlaqədar, 2-ci yenidən təşkil olunacaq.

 

Xatırladaq ki, “Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,9 milyon manatdır. Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. 2017-ci ildə isə avtovağzal Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçib. 

 

"Top Properties” isə bu il yaradılıb. Onun nizamnamə kapitalı 24,1 milyon manatdır.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV