“Bu ilin 7 ayı ərzində ümum daxili məhsul 2,8 faiz azalsa da, qeyri-neft sektorunada 1,6 artım olub”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.
O bildirib ki, bu, digər ölkələrlə müqayisədə çox yaxşı göstəricidir:
“Dünən Prezidentin fərmanı ilə İqqtisadi Şura yaradılıb. Şura qarşısında Azərbaycan iqtisadiyyatının yaxın 10 il ərzində 2 dəfəyə qədər artıma nail olması məqsədi qoyulub. Qeyri-neft sektorunun inkişafı insan kapitalından istifadəni nəzərdə tutur. İqtisadi Şuranın qarşısına qoyulan məqsədlər Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qarşısında da qanunvericilik baxımından yeni çağırışlar qoyur”.
Tahir Mirkişili pandemiya dövründə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatında azalmanın aşağı səviyyədə olduğunu da qeyd edib.