Modern.az

İlqar Məmmədova kompensasiyanın ödənilməsi yeni məlumat deyil TƏKZİB

İlqar Məmmədova kompensasiyanın ödənilməsi yeni məlumat deyil – TƏKZİB

Aktual

10 Sentyabr 2020, 13:10

Azərbaycan hökuməti REAL Partiyasının sədri İlqar Məmmədova mənəvi ziyana görə təzminat ödəyib.

Ali Məhkəmə Plenumunun qərarına əsasən, mənəvi təzminata görə ona 234 min manat ödənilib. İlqar Məmmədov 234 min manat vəsaiti nağdsız qaydada alıb.

 

Bu barədə Modern.az-a danışan Real Partiyasının İcra Katibi Natiq Cəfərli bildirib ki, kompensasiyanın verilməsi yeni məlumat deyil: “Hadisə may ayında baş verib, İlqar bəyin bu haqda yazısı var. O, vəsaiti qızının təhsilinə xərcləyib. Qızı Avropanın sayılıb-seçilən universitetlərindən birinə daxil olub. Vəsait tamamilə onun üç illik xərclərini qarşılamaq məqsədilə istifadə olunub”.

 

Fidan ƏLİLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV