Modern.az

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Aktual

23 Oktyabr 2020, 09:06

Son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 24 və 25-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

 

Bu barədə Modern.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.

 

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV