Modern.az

Ermənistan qadın, uşaq qatili kimi... - Dövlət Komitəsi: “Faktlar  yığılıb, hazırlanır”

Ermənistan qadın, uşaq qatili kimi... - Dövlət Komitəsi: “Faktlar  yığılıb, hazırlanır”

Aktual

23 Oktyabr 2020, 12:45

Hazırda davam edən Qarabağ müharibəsi nəticəsində mülki əhaliyə ciddi ziyan dəyib. Ermənilərin qəddar hücumu nəticəsində azyaşlı uşaqlar, qadınlar, qocalar öz həyatını itirir. Mülki əhali arasında bu faciəni yaşayanların çox olması onların xatirsəsinin əbədiləşdirilməsini də gündəmə gətirib.Sosial şəbəkələrdə hər kəs erməni təcavüzünün qurbanı olan günahsız insanların unudulmaması, gələcəkdə də anılması üçün müxtəlif təkliflər irəli sürür.


Bəs bu istiqamətdə hansı tədbirlər görülür? 


Mövzu barədə Modern.az-a danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov bildirib ki, günahsız insanların, körpələrin ermənilər tərəfindən qətlə yetirilməsilə bağlı faktlar tək tarixi fakt kimi yox, hüquqi fakt kimi də saxlanılır:


“Hazırda dəlillər yığılıb, hazırlanır. Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan mülki əhalisinə yönələn hadisə, insanlığa qarşı olan cinayətdir. Foto, video görüntülər fakt kimi istifadə olunur. Azəbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edəndən sonra Ermənistan Ordusuna qarşı sanksiyalar tətbiq ediləcək. Qeyd etmək istəyirəm ki, Dövlət Komitəsi tərəfindən müvafiq sənəd, bəyanat, müraciət və eyni zamanda hesabatlar hazırlanaraq, beynəlxalq təşkilatlara təqdim edilib. BMT-nin Uşaq Fonduna, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə, digər universal və regional təşkilatlara müraciətlər edilib. Amma yalnız komitə tərəfindən deyil, bu tədbirlər Azərbaycan hökuməti tərəfindən görülür”.


E.Səfərov əlavə edib ki, erməni atəşi nəticəsində dağılmış evlər də fakt kimi saxlanılır :


“Onlarla bağlı ehtiyac olunan tədbirlər görülüb. Gələcəkdə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məqsədi ilə bu hadisələ bağlı cinayət işi açılıb”.

Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV