Modern.az

Daha bir dövlət qurumu “Əsgərə məktub” layihəsinə qoşuldu

Daha bir dövlət qurumu “Əsgərə məktub” layihəsinə qoşuldu

Aktual

23 Oktyabr 2020, 16:00

Bakı Nəqliyyat Agentliyi (BNA) “ASAN Könüllüləri” təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub. Agentliyin bir qrup əməkdaşı və “Nəqliyyat Könüllüləri” ərazi bütövlüyümüz uğrunda döyüşən qəhrəman əsgərlərmizə məktub ünvanlayıb.

 

BNA-dan Modern.az-a verilən məktublarda Agentliyin kollektivinin şanlı Ordumuza mənəvi dəstəyi və daim onların yanında olması qeyd edilib.

 

Düşmənə qarşı rəşadətlə döyüşən hərbçilərimizə minnətdarlıq ifadə olunub. İşğaldan azad edilən şəhər və rayonlarımızda, kənd və qəsəbələrimizdə dövlət bayrağının qaldırılmasının fəxrlə qarşılandığı diqqətə çatdırılıb.    

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV