Modern.az

Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı

Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı

Aktual

24 Oktyabr 2020, 17:25

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycan mülki vətəndaşlarının sayı açıqlanıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb. Bundan başqa, 398 mülki obyekt, 2174 yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV