Modern.az

İran Azərbaycan və Ermənistanla sərhəddə hərbi təlim keçirdi

İran Azərbaycan və Ermənistanla sərhəddə hərbi təlim keçirdi

Aktual

25 Oktyabr 2020, 18:43

İran ordusunun Quru Qoşunları Azərbaycan və Ermənistanla sərhəd bölgələrində hərbi təlimlər keçirib.

 

Modern.az xəbər verir ki, təlimlərdə piyada, topçu alayları və pilotsuz uçuş aparatları iştirak edib.

 

“Parstoday.com”un məlumatına görə, İran ordusunun birgünlük təlimləri milli güc və döyüş hazırlığını nümayiş etdirmək, habelə ölkənin şimal-qərbində əməliyyat hərəkətliliyini artırmaq məqsədi daşıyıb.

 

İran Silahlı Qüvvələri bu təlimin Qarabağ münaqişəsi bölgəsindəki artan gərginlik və qarşıdurmalarla əlaqəli olub olmadığını bildirmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV