Modern.az

Maradona onları dünyanın ən yaxşı futbolçusu adlandırdı

Maradona onları dünyanın ən yaxşı futbolçusu adlandırdı

Aktual

26 Oktyabr 2020, 20:49

Argentina yığmasının sabiq üzvü Dieqo Maradona İspaniya "Barselona"sının hücumçusu Lionel Messi və İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunu dünyanın ən yaxşı futbolçuları hesab edib.

 

Modern.az xəbər verir ki, hazırda ölkəsində "Ximnasiya və Esqrima" komandasının baş məşqçisi olan əfsanəvi oyunçu "France Football"a açıqlamasında hər iki forvardın digərlərindən üstün olduğunu bildirib.

 

60 yaşlı mütəxəssis deyib ki, heç kim onların etdiklərinin yarısını da edə bilmir.

 

Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında "Ximnasiya və Esqrima"ya baş məşqçi təyin olunub (report).

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu