Modern.az

Müdafiə Nazirliyi Ermənistanı təkzib etdi: “Yaylım atəşli reaktiv sistemlərimiz yerindədir”

Müdafiə Nazirliyi Ermənistanı təkzib etdi: “Yaylım atəşli reaktiv sistemlərimiz yerindədir”

Aktual

29 Oktyabr 2020, 13:10

Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb.

Azərbaycan Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil.

“Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?