Modern.az

TƏBİB Urologiya Xəstəxanasına yeni baş həkim təyin etdi

TƏBİB Urologiya Xəstəxanasına yeni baş həkim təyin etdi

Aktual

2 Noyabr 2020, 09:18

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanaya baş həkim vəzifəsinə Pərviz Nadir oğlu Hacıyev təyin edilib.

 

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, Pərviz Nadir oğlu Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb.

 

Eyni zamanda Danimarka, Praqa, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirmişdir. Özəl tibb müəssisəsində çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu