Modern.az

Azərbaycan Müdafiə Nazirliyi: “Döyüş təyyarəmizin vurulması dezinformasiyadır”

Azərbaycan Müdafiə Nazirliyi: “Döyüş təyyarəmizin vurulması dezinformasiyadır”

Aktual

2 Noyabr 2020, 17:55

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Nə qədər gülməli səslənsə də, Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” təyyarələrin sayını hesablasaq, artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi.

Bildiririk ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”,-Müdafiə Naziliyi bəyan edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu