Modern.az

Avstriyada 3 günlük matəm elan edildi

Avstriyada 3 günlük matəm elan edildi

Aktual

3 Noyabr 2020, 14:28

Bu gün Vyanada törədilən terror hücumları zamanı ölənlərin xatirəsinə ehtiram olaraq hökumət noyabrın 3-dən 5-dək ölkə üzrə matəm elan edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün saat 12-də bir dəqiqəlik sükut gözlənilməklə rəsmi idarələrin qarşısında dövlət bayraqları endirilib.

 

Xatırladaq ki, Vyanada 6 məkanda, o cümlədən şəhər sinaqoqunun qarşısında naməlum şəxslər tərəfindən hücumlar törədilib, nəticədə 3 nəfər ölüb, 15 nəfər də xəsarət alıb. Hücum edənlərdən biri polis tərəfindən öldürülüb. Hökumət əhalini evdən çıxmamağa çağırıb.

 

Polis tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı