Modern.az

Yığmamızın Millətlər Liqasındakı yeri dəqiqləşib

Yığmamızın Millətlər Liqasındakı yeri dəqiqləşib

Aktual

19 Noyabr 2020, 00:30

Bu gün Millətlər Liqasında qrup mərhələsi başa çatacaq.

 

Modern.az xəbər verir ki, Azərbaycan yığmasının ümumi sıralamadakı yeri artıq müəyyənləşib.

 

C liqasının 1-ci qrupunda 3-cü yeri tutan Canni de Byazinin yetirmələri Millətlər Liqasını 43-cü pillədə başa vurub. Millimiz bu liqada çıxış edən 16 komandadan yalnız 5-ni qabaqlamağı bacarıb ki, onlardan 4-ü qrup sonuncuları, biri isə 3-cü qrupda 3-cü yeri tutacaq kollektivdir. Həmin qrupda bu gün keçiriləcək son tur matçlarının nəticələri də komandamızın mövqeyinə təsir etməyəcək.

 

Qrup mərhələsində 6 xal toplayan Azərbaycan öz liqasında yalnız Kipr, Estoniya, Kosovo, Moldova və Qazaxıstandan güclü olub.

 

Qeyd edək ki, Millətlər Liqasında 55 ölkə oynayır (apasport).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu