Modern.az

Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edir - VİDEO

Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edir - VİDEO

Aktual

21 Noyabr 2020, 15:48

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.

 

Modern.az erməni KİV-lərinə istinadən məlumat verir ki, aksiyada siyasi xadimlər də iştirak edir.

 

Aksiyada iştirak edən "Daşnaksutyun" partiyasının nümayəndəsi Geqam Manukyan müxalifətin N.Paşinyanın dərhal istefaya getməsini tələb etdiyini deyir:

 

"Bunun əvəzində isə hökumət müəyyən nazirləri dəyişməklə diqqətimizi yayındırmağa çalışır".

 

Qeyd edək ki, Yerevanda aksiyalar noyabrın 10-dan etibarən davam edir. Son bir neçə gündür ki, etirazçılar şəhərin mərkəzi küçələrini bağlayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu