Modern.az

Kolumbiyada faciə: 4 ölü, 17  yaralı

Kolumbiyada faciə: 4 ölü, 17  yaralı

Aktual

22 Noyabr 2020, 08:49

Kolumbiyanın şərqində baş verən yol qəzasında azı dörd nəfər hadisə yerində ölüb, 17 nəfər yaralanıb. 

 

Modern.az xəbər verir ki, bu barədə La FM radiosu məlumat yayıb. 

 

Bildirilib ki, hadisə şənbə günü səhər saatlarında La Esperanza bələdiyyəsinin ərazisindən baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq uçuruma aşıb.

 

Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

 

Hadisə ilə bağlı istintaq başladılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!