Müharibə hələ bitməyib. Nə qədər ki, düşmən tam olaraq ərazilərimizi tərk etməyib, Azərbaycan əsgəri tətikdədir. Rəşadətli Azərbaycan Ordusu düşmənin istənilən həmləsinin qarşısını almaq üçün hər an hazırdır.
Caspian Pipe Caotings şirkətinin bir qrup əməkdaşları da N saylı hərbi hissənin əsgərləri ilə görüşüb yardımla bərabər, onlara Azərbaycan xalqının Salamını çatdırdı.
Dualarıyla daim əsgərlərin yanında olan, qəlbi onlarla çırpınan Əsgər Analarının Salamını çatdırdı.
Gözü daim qapıda, ürəyi səksəkədə olan Əsgər Bacılarının Salamını çatdırdı.
Onlarla nəfəs alan, nəbzi onlarla döyünən zəhmətkeş Əsgər Atalarının Salamını çatdırdı.
Başı uca ŞƏHİD Atalarının, qürurlu ŞƏHİD Analarının Salamını çatdırdı.
Həyat yoldaşlarını ŞƏHİD verib, körpə balalarını onlara layiq böyüdən ŞƏHİD ailəsinin salamını çatdırdı.
Bakı Avropa Litseyinin şagirdlərinin timsalında bütün Azərbaycan məktəblilərinin Salamını catdırdı.
Mesaj ünvana çatdı. İndi də istəyirəm uzun döyüş yolu keçmiş, Fizulidən Cəbrayıla, Cəbrayıldan Zəngilana qədər,
Zəngilandan Şuşaya, Şuşadan Ağdama qədər şərəfli döyüş yolu keçmiş, Şuşadan Xankəndinə, Xankəndidən Xocavəndə qədər, Xocavənddən Xocalıya, Xocalıdan Qazax rayonunun işğal olunmuş kəndlərinə qədər şərəfli döyüş yolu keçəcək Şanlı Azərbaycan Əsgərinin Salamını Sizə çatdırım.
Cəbhədən cəbhəyə, döyüşlərdən döyüşlərə, səngərdən səngərə, ölümlərdən-dirimlərdən keçən, amma yolu hələ də bitməyən rəşadətlı Azərbaycan Əsgərin Salamını Sizə çatdırım.
Ali Baş Komandanın "Qarabağı siz azad etdiniz" - deyə qürur duyduğu fədailərin Salamını sizə çatdırım.
Siz nə qədər onların haqqında düşünür, nə qədər onlar üçün narahat olursunuzsa, Sizin üçün daha artıq düşünən, daha artıq narahatlıq keçirən övladlarınızın Salamını Sizə çatdırım.
Əvvəla sağ olun dedilər. Dəstək verdiyiniz üçün.
Sağ olun dedilər, qəlbinizlə, ruhunuzla yanımızda olduğunuz üçün.
Sağ olun dedilər, özünə ayaqqabı almayıb da, cırıq ayaqqabı, köhnə paltarla qışı keçirib, amma təqaüdünü bizə göndərən Hikmət baba kimi ləyaqətli ağsaqqallar üçün.
Sağ olun dedilər, bütün sevgisini sətirlərə büküb bizə göndərən məktəbli balalarımız üçün.
Sağ olun dedilər, əli qabarlı Ataların alın tərinin qoxusunu verən isti paltarlarınız üçün.
Çox, çox sağ olun dedilər, gözlərinin işığı ilə yüklənmiş Analarımızın göndərdiyi corablarınız üçün.
Çox, çox, çoooox sağ olun dedilər.
Bütün bunlar bizə çoooox, çox lazım.
Amma bütün bunların ruhuna, köksünə hopmuş Sevginizlə, Qayğınızla qürurlandırdınız bizi.
Bütün bunlar bizə çox lazım. Amma bütün bunlarla dövlət də təmin edir bizi.
Amma Sizin göndərdiyiniz sevgi, duyğu, qayğı yüklü Salamların, balaca Aydanın, Fidanın, balaca Mübarizin, Poladın həyacan dolu məktublarının yeri bir başqa.
Siz apardınız bizi yürüşdən yürüşə,
Siz apardınız bizi döyüşdən döyüşə,
Siz apardınız bizi qələbədən qələbəyə.
Siz apardınız bizi Fizulidən Suqovuşana.
Siz apardınız bizi Suqovuşandan Cəbrayıla.
Siz apardınız bizi Cəbrayıldan Zəngilana.
Siz apardınız bizi Zəngilandan Şuşaya.
Siz apardınız bizi Şuşadan Ağdama.
Siz aparacaqsınız bizi Şuşadan Xankəndinə!
Siz aparacaqsınız bizi Xankəndidən Xocavəndə!
Siz aparacaqsınız bizi Xocavənddən Xocalıya!
Siz aparacaqsınız bizi Xocalıdan Qazax rayonunun işğal olunmuş kəndlərinə!
Amma yolumuz bitmədi. Nə bizim yolumuz bitdi, nə də Sizin yolunuz sona vardı.
Nə biz tam olaraq hədəfə yetdik, nə də Siz tam olaraq hədəfə vardınız.
Daha yeni bir yolun başlanğıcındayıq. Yeni və bam başqa.
Biz yenə də gözümüzü belə qırpmadan ŞƏHADƏTƏ gedəcəyik!
Biz yenə də gözümüzü belə qırpmadan cəbhədən cəbhəyə, yürüşdən yürüşə qoşacağıq!
Biz yenə də döyüşdən döyüşə, qələbədən qələbəyə gedəcəyik.
Yenə də,..yenə də,..yenə də!..
Zatən başqa yolumuz yox.
Bizimləmisiz?
Bizimlə bərabərmisiz, müdrik xalqım?
Bizimlə bərabərmisiz, fəhlə atam?
Bizimlə bərabərmisiz, evdar anam?
Bizimlə bərabərmisiz, məktəbli Qardaşım, məktəbli bacım?
Əsgər Salamını Sizə Etibar Muradxanlı çatdırdı