Modern.az

Fransa hökuməti NAXOŞLAYIB

Fransa hökuməti NAXOŞLAYIB

Aktual

23 Noyabr 2020, 13:20

Xeybər Göyyallı


Adama elə gəlir ki, Fransa hökuməti  çaşıb. Əslində, çaşmağı bir o qədər real görünmür. Çaşanda bir an sonra yol verilən səhv düzəldilir. Fransa hökuməti naxoşlayıb. Xeyli vaxtdır Fransa xroniki olaraq islamafobiya mərəzinə mübtəla olub. Böyük mədəniyyətə müəlliflik edən fransız xalqına xəstə demək ən azı insafdan deyil. Didro,  Russo,Volter kimi bəşəriyyətə maarifçilik ideyalarını ərməğan edən, Balzak, Hüqo,  Stendal, Mopassan  ( bu siyahını xeyli artırmaq olar) kimi dünya  ədəbiyyatının möhtəşəm korifeylərini yetişdirən xalq haqqında  mənfi fikrə düşmək mümkün deyil.(Çox güman ki, Makronun müəllimi özündən yaşca xeyli  böyük olan həyat yoldaşı olduğundan bu dahilərin yaradıcılığından xəbərsizdir). Böyük Napoleon, yaradıcı və qurucu olduğu qədər də humanizm və ədalət carçısı olan Şarl de Qoll kimi nəhəng dövlət xadimləri yetişdirən milləti  necə mədəniyyətsiz və gerizəkalı adlandırasan. Çox əfsuslar olsun ki, bu cür nəhənglərin bugünkü davamçıları –prezidenti, nazirləri irəli yox, geri gedirlər. Çox vaxt yazmışıq və oxumuşuq ki, Avropa bizdən irəlidədir.Onu da  tam səmimi deyək ki,  zaman-zaman aydınlarımız Avropa deyəndə daha çox Fransanı nəzərdə tutmuş və ötən əsrin birinci rübündə respublika qurmuş cümhuriyyətçi babalarımız da bu fikirləri bizə əmanət qoyub getmişlər. Ancaq bugünkü Fransa onların yazdığı və dediyi Firəngistan deyil. Fransa irəli yox, geri gedib.Texniki tərəqqisi, sənayesi  digər Avropa dövlətləri kimi irəliləyib. Amma əxlaq və mənəviyyatda Fransa hamının bildiyi qədər tar-mardır. Özləri bilər, bizə dəxli yoxdur. Kişi deyilən məxluqu öz həmcinsi ilə evləndirirlər, hətta bunu  rəsmi formada qanuniləşdirirlər.Ürəkləri belə istəyir, günləri belə xoş keçir, qoy belə olsun. Biz buna ağ bir, qara iki heç nə demirik. Avropanın mənəviyyat məbədləri sayılan kilsələrdə rahiblər pedofiliya ilə məşğul olurlarsa, bunun da bizə əsla isti-soyuğu yoxdur. Bircə onu deyə bilərik ki,  adətləri öz içlərində qalsın...

 Bütövlükdə fransız xalqını demirəm, amma  bir daha vurğulayıram ki, Fransa hökuməti  Makron başda olmaqla naxoşlayıb. İndi bir çoxları deyəcək ki. bütün dünya karonavirusa yoluxub. İnanın ki. bütün yoluxucu xəstəliklər gec-tez keçib gedir. Amma  kafa xəstəliyinin tam müalicəsi yoxdur. Bu məlumatı sırf tibb elminə istinadən deyirəm. Nə vaxtsa belə bir məlumat oxumuşam ki, sinir sistemi ilə bağlı xəstəliklər tam müalicə olunmur.  Sinirlə bağlı xəstəliklər nə qədər mükəmməl şəkildə müalicə olunsa da, simptomları  şərait yaranan kimi bu və digər formada yenidən özünü göstərir. İslamafobiya kafa-sinir xəstəliyidir. İnsan psixikası və sinir problemlərini araşdıran tədqiqatçıların əksəri əsəb sistemi xəstəliklərinin yaranma səbəblərini birinci növbədə qorxu hissi ilə əlaqələndirirlər. Makron və onun hökumətinin üzvləri qorxu və  təlaş içərisindədirlər. Özü də  bu adi qorxu deyil, ciddi  qorxudur. Azərbaycanın öz doğma torpaqlarını hay sürüsünün tapdağından azad etməsi də Makronu möhkəm titrətdi. Elə bu qorxunun da bir səbəbi islamafobiya mərəzi ilə ilgilidir.

Son illər təkcə Fransada yox, bütün Avropada  bir islamafobiya kabusu dolaşır, islam qorxusu yaşanır. Fransa hökuməti isə güclü təlaş içərisindədir. Fransada  islam dininə və onun peyğəmbərinə, dünyanın nadir şəxsiyyətlərindən olan Həzrəti Məhəmmədə (s.ə.s) qarşı bir inkivizasiya tonqalı alovlandırılıb. Fransanın bir jurnalı  dünyanın ən böyük düha sahibi olan islam peyğəmbərinin karikaturasını çəkir. Bunun ardınca  Makron  deyir:”İslam dini tənəzzül keçirir”. Dünyanın sonuncu və ən mütərəqqi   dini sayılan islam dini gerçəkdən tənəzzülə uğrasaydı, bu, Makronun ürəyincə olardı, heç bunu dilinə belə gətirməzdi. Vallahi-billahi, qorxudandır. Görünür, Makron statistik məlumatlardan həyəcanlanıb. Axı dünyada, o cümlədən Fransada islamı qəbul edənlərin sayı gündən-günə artır. Qızdırma və qan təzyiqi də bu səbəbdən qalxır.Temperatur və qan təzyiqinin qalxması daxili xəstəliyin əlamətlərindəndir.Temperatur və qan təzyiqini aradan qaldırmaq üçün onları ölçən cihazları sındırmaq  heç bir fayda verməyəcək, hər şey olduğu kimi yerində qalacaq. Xəstəliyi törədən virus və mikroblara qarşı ciddi mübarizə aparılmalıdır. Makronun öz dilindən BMT-nin “beyin ölümü” keçirdiyini yaxın vaxtlarda eşitmişik. Təkcə BMT yox, ümumən Qərb dünyası əxlaq və mənəviyyat böhranı keçirir. Bu mənəviyyat aşınmasını görüb başa düşənlər də özlərini və davamçılarını xilas etmək üçün yollar arayırlar. Fransa hökuməti mənəvi böhran keçirirsə, bunda islam dini niyə günahkar olsun. Bir nəsnəyə də toxunum. Bu günlərdə sosial şəbəkələrdə Makronun hərəkətlərinə münasibət bildirənlər onu ironik  formada “makaron” adlandırdılar. İlk baxışda makaronun un məmulatı olduğundan bu adın ona verilməsini daxilən qəbul etmədim. Ancaq Fransa kimi qədim-qayım bir Avropa dövlətinin başında dayanan şəxsin ifadə və hərəkətlərini ötəri də olsa saf-çürük edəndən sonra onun “makaron” adlandırılmasını alqışladım. Bu adam makaran məmulatı kimi içi boş imiş. Xalqımız küt insanlara həmişə içiboş adam deyib. Makron içiboş olmasa idi, islam haqqında belə bir məsuliyyətsiz ifadə işlətməzdi. Görəsən, az-çox vicdanı olan insan  Məhəmməd peyğəmbər haqqında bu cür hərzə-hədyan danışarmı? Onun peyğəmbərliyini, yaradıcısı olduğu dini qəbul etməmək olar, ancaq onun nadir dühasının məhsulu olan kəlamlar, onun hələ də bəşəriyyətin çağdaş tərəqqisi ilə səsləşən cahanşümul  fikir və ideyaları barədə mənfi nəsə söyləmək mümkün deyil. Adamın gərək ağlı başında olmaya ki, mənfi nəsə desin. Onda belə çıxır ki, Fransa hökumət üzlərinin ağlı başından çıxıb. Görün, Makronun daxili işlər nazirı Jerald Darman adlı şəxs nə deyir: ”Məhəmməd peyğəmbərin karikaturasına qarşı çıxanlar Fransadan deportasiya olunacaqlar”. Hələ bu harasıdır. İnsan Hüquqları Bəyannaməsinin yaratmış, liberal dəyərlərin məkanı sayılan bir dövlətin bugünkü rəhbərləri bunun ardınca nə bəyan edir: ”peyğəmbərin karikaturasını çəkmək ifadə azadlığı ilə bağlıdır”. Nə deyəsən, nə yazasan bu içiboşların içi dola. Bu məqamda beynimdən belə bir fikir də keçdi: bəlkə, bacı saydıqları ermənilər də söz və ifadə azadlığını qardaşlarından öyrənib. Doğru deyilib ki, kiminlə yaşayarsansa, ona da oxşayarsan.

  
Onu da qeyd edək ki,  Türkiyə Cümhuriyyətinin dünya  siyasi arenasında mükəmməl və sistemli bir formada ədalətli və çevik siyasət yürütməsi Fransa hökumətinin həyəcan və təşvişini bir qədər də artırmışdır. Fransa hökumətinin başında duranlar unutmasınlar ki, ədalətə qarşı çıxmaq ədalətsizlyə, xeyrə  əks getmək şərə rəvac verməkdir. Fransada əyri güzgülərlə yanaşı, həqiqi, gerçəkləri əks etdirən güzgülər də olmamış olmaz. Artıq gerçək güzgülərə baxmaq zamanı yetişib, gecikməyin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu