Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində həyata keçirilən bütün terror hadisələrinin səbəbkarı birbaşa rəsmi Moskvadır. Çünki, nə qədər ki, Rusiya məlum üçtərəfli bəyanatın əsas bəndlərindən biri olan 4-cü bəndi yerinə yetirməyib, Xankəndidəki erməni quldurlar başlarını öz baş katolikoslarının əli ilə “sığallatdırıb” terror aktlarını davam etdirəcəklər. Bu başlara daş salmağın ən doğru yolu isə yalnız antiterror əməliyyatıdır.
Əslində istər Azərbaycana, istərsə də Türkiyəyə qarşı terror əməliyyatlarının planını cızan bütün ermənilərin katolikosu, daha doğrusu “katalizatoru” məhz II Qaregindir. Faşist düşüncəli adaşının ideyalarını davam etdirən bu “katalizator” indiyədək bir dəfə də olsun əlini öz başına çırpıb “məzlum” xalqını sülhə çağırmayıb. Əksinə, Kəlbəcərdə terror aktı törədilən gün Xankəndiyə gələn “katalizator”, terrorçular qarşısındakı çıxışında “öz vətənlərini cəsarətlə qoruduqlarına görə” işğalçılara minnətdarlıq edərək, “Artsaxın azadlığı uğrunda canlarından keçmiş terrorçuların xatirəsi”nə ehtiramını bildirib və “onların igidlikləri Artsax torpağında dövlətçiliyin qorunması və möhkəmləndirilməsi naminə bütün erməniləri ikiqat güclə mübarizə aparmağa vadar etməlidir”, - deyib.
Maraqlıdır ki, bu “terrorçu ata”nı Qarabağ üzrə yepiskopla birlikdə Rusiya məramı heç də sülh olmayanları komandanının inanclı hərbiçilərlə iş üzrə köməkçisi Boris Qrişin ata da qarşılayıb və müşayiət edib. II Qareginin üç günlük bu “səfərinə” üç azərbaycalının qətlə yetirilməsi isə görünür onun “şərəfinə” əvvəlcədən planlaşdırılmış terror aktıdır. Digər bir maraqlı fakt da odur ki, həmin gün kişili-qadınlı bir-birinə sürtünə-sürtünə oynayıb şərab içən ermənilər sanki, Azərbaycana qıcıq vermək üçün İrəvanda şərab festivalı keçirirdilər. Əlbəttə, öz soydaşlarının qalıqları Qarabağda hələ də cürüyən və bir qismi meyitxanalarda tör-töküntü vəziyyətdə saxlanılmasına baxmayaraq, ermənilərin şərab festivalı keçirib əyyaşlıq etmələri onların milli əxlaqlarının göstəricisidir. Əslində buna, “onların öz işidir”, deyib üstündən keçmək olar.
Ancaq üstündən keçməsi mümkün olmayan bir məsələ var ki, bu da beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozan Ermənistanın Azərbaycan ərazilərindəki minalanmış yerlərin xəritələrini verməkdən imtina etməsidir. Maraqlı burasıdır ki, döyüş əməliyyatları bitdikdən sonra 120 Azərbaycan vətəndaşının müharibədən qalan mina partlayışları nəticəsində həlak olmalarına baxmayaraq, beynəlxalq təşkilatlar bu məsələyə görə rəsmi İrəvana təzyiq göstərmək əvəzinə, onlar son günlərdə cinayət başında tutulan terrorçuları böyük səylə “hərbi əsir” və ya “zorla saxlanılan şəxs” kimi qiymətləndirərək tezliklə azad edilməsinə çalışırlar. Maraqlıdır, bəs indi görəsən, Azərbaycanı “tərbiyəedici” tonla mina terrorçularını “dərhal sərbəst buraxmağa” çağıran bəzi siyasətbazlar bu dəfəki terrordan sonra hansı çağırışlar edəcəklər?
Sözsüz ki, kimin nə deməsindən asılı olmayaraq erməni terrorçularının Qarabağda hələ də “at oynatmalarının” bir nömrəli səbəbkarı Rusiya sülməramlılarıdır. Əgər bu “məramı sülhlər” həqiqətən də iki xalqı barışdırmağa xidmət edirlərsə, niyə qara donlu erməni “katalizatorunun” vəziyyəti gərginləşdirəcək addım atmasının – terrorçulara təlimatlandırıcı mövzuda “mozə” oxumasının qarşısını almadı?! Hərçənd, “sülhməramlıların” II Qaregenə yaratdıqları bu “şəraitə” və Kəlbəcərdəki terror aktına görə Bakı Moskvadan dərhal izahat tələb etməli idi.
Görünür, “sülməramlılar” bu olaylardan sonra böyük qələt etdiklərinin fərqinə varıblar ki, erməni mediası dərhal, guya, bir qrup şəxsin “məramı sülhlərə” hücum etdiyini, onların bir neçəsinin silahlı olduğundan, terror riski yaşana biləcəyi səbəbindən təcili antiterror əməliyyatı adı ilə lokal əməliyyat keçirməyə başlayıblar və hətta 10-dan çox erməninin həbs edildiyi barədə məlumat yayıb. Bundan əlavə isə guya, hazırda Rusiyanın bölgədəki hərbi kontingenti yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və bütün məntəqələrdə axtarış-əməliyyat işlərini həyata keçirmək üçün əmr alıblar. Şübhəsiz ki, bütün bunlar Rusiya “sülhməramlılarının” “biz də varıq”, deyə Azərbaycan tərəfinin gözündən pərdə asmasından başqa bir şey deyil. Çünki, antiterror əməliyyatını yerinə yetirmək istəyən rusiyalı mavi dəbilqəlilər indiyədək Araik Arutyunyandan tutmuş, sonuncu hansısa Aşota qədər olan bütün terrorçuları çoxdan tutub Azərbaycana təhvil vermişdi.
Əslində, Ermənistanın məlum üçtərəfli bəyanatın 4-cü bəndinə əməl etməyərək öz terrorçularının Qarabağ bölgəsindən hələ də çıxarmaması, Vətən müharibəsindən 1 ay sonra bir qrup erməni diversantın yenidən azad edilmiş ərazilərə soxulması, həmçinin, 27 mayda gecə saatlarında Azərbaycan qoşunlarının təchizat yollarını minalamağa cəhdi, sonda isə 2 gün öncə media nümayəndəsi ilə birgə mülki şəxslərin ölümünə və yaralanmalarına səbəb olmuş terror aktı, rəsmi Bakıya antiterror əməliyyatlarına başlamasına tam əsas verir. Digər tərəfdən də sual yaranır: axı, mina terroruna start vermiş İrəvana real təzyiq göstərmək üçün Qarabağda daha nə baş verməlidir ki, rəsmi Bakı antiterror əməliyyatına başlasın?
Doğrudur, çox güman Azərbaycan tərəfinin 20 iyunda Ermənistanda keçiriləcək seçkilərdə Paşinyanın qalib gələcəyinə və bundan sonra vəziyyətin yaxşılaşacağına ümid etməsi üzündən, hələlik, erməni terrorçularına qarşı antiterror əməliyyatlarına start verməməsi anlaşılandır. Ancaq rəsmi Bakı burada İrəvana deyil, məhz onlara atalıq edən və bölgədə sülhməramlı missiyasını öz istəyi ilə boynuna götürmüş rəsmi Moskvaya belə davam edəcəyi təqdirdə ən azı indiki halda Qarabağda quldur yuvalarını özü dağıtmaq üçün antiterror əməliyyatlarına başlayacağı barədə mütləq bəyanat verməlidir.
Sonda onu deyək ki, Azərbaycan televiziyasının operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən erməni terrorçularının yerləşdirdiyi minaya düşərək şəhid olmaları ilə bağlı beynəlxalq jurnalist təşkilatları və birlikləri, o cümlədən bir sıra dünya dövlətləri rəsmiləri tərəfindən səslənən fikirlər, Ermənistanın terrorçu dövlət olduğunu təsdiq etməsi baxımından müsbət haldır. Amma bunların nə qədər səmərə verəcəyinə və erməniləri dilə tutub qandıracağına inanmaq çətindir. Çünki, 44 günlük Vətən müharibəsi tsdiq etdi ki, 30 il beynəlxalq təşkilatlara, həmçinin hüquqa məhəl qoymayan ermənilərin qandığı yalnız bir dil var, o da güc dilidir!