Modern.az

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlandı

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlandı

Aktual

4 May 2022, 15:30

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Masallı rayonunun ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayonun Köhnə Alvadı kəndində kənd sakini Rəqib Vəlizadəyə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 11,2 m3 həcmində işlik meşə materialı müəyyən edilib.

 

Modern.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, işlik materialın haradan əldə olunmasının müəyyən edilməsi məqsədilə toplanmış sənədlər Masallı Rayon Polis Şöbəsinə göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi