Modern.az

“Cinayətkarlar layiqli cəzalarını alacaqlar” - Xanlar Vəliyev

“Cinayətkarlar layiqli cəzalarını alacaqlar” - Xanlar Vəliyev

Aktual

9 Sentyabr 2022, 15:54

Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər cinayətlər törətmiş şəxslərin layiqli cəzalarını alacaqlarına əminəm.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokurorunun müavini-Respublikanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən "Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri" mövzusunda tədbirdə deyib.

 

X.Vəliyev müxtəlif vaxtlarda xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə, terrorçuluq cinayətlərinə və digər cinayətlərə yönəltməklə, Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq törətdikləri cinayətlərdən, o cümlədən hərbçilərimizə və dinc əhalimizə qarşı həyata keçirdikləri misli görünməmiş qəddarlıqlardan danışaraq, bütün bunların Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq olunan cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV