Modern.az

Beynəlxalq informasiya təhlükəsizliyi üzrə saziş TƏSDİQLƏNİB

Beynəlxalq informasiya təhlükəsizliyi üzrə saziş TƏSDİQLƏNİB

Aktual

9 Sentyabr 2022, 16:40

2022-ci il iyunun 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

 

Fərmana əsasən, 1-ci hissədə göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV