Oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib.
Azərbaycan və Qırğızıstanı bir çox ortaq dəyərlər birləşdirir. Xalqlarımız eyni soy-kökə və mədəni dəyərlərə malikdir. Ölkələrimiz arasında münasibətləri yaxınlaşdıran da məhz bu dəyərlədir. Azərbaycan və Qırğızıstan strateji tərəfdaş ölkələrdir. Yarım il əvvəl iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Belə ki, ölkələrimiz arasında mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunaraq artıq real siyasət sahəsinə transformasiya olunub. Azərbaycan-Qırğızıstan əməkdaşlığı nəticələrə hədəfləndiyi üçün nəzərdə tutulandan daha tez reallaşır.
Yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb: “Yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Bəyannamə uğurla həyata keçir. Bəyannamə daha konkret məzmunla zənginləşir. Birgə İnvestisiya Fondunun yaradılması barədə qərar belə amillərdən biridir. İki ölkə arasındakı əməkdaşlıq nəticələrə hədəflənib və nəzərdə tutulandan daha tez həyata keçir. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək. Effektiv əməkdaşlığın konkret nümunələri də ortadadır. Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq”.
Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.
Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq.
Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması da iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən, eləcə də xalqlarımızın qarşılıqlı hörmətindən xəbər verir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı imzalanan doqquz adda rəsmi sənəd isə ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı üçün mühüm hüquqi baza rolunu oynayacaqdır.
Elyar Cəfərov
Naftalan şəhər sakini